Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, U-17 hazırlıq çərçivəsində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
17:15 31.05.2026
Oxunuş sayı: 51