Kreml: Ukrayna sülh razılaşmalarını pozur
Kreml nümayəndəsi Yuri Uşakov bildirib ki, Ukraynanın mövqeyi ABŞ-nin keçmiş prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ankoric sammitində əldə olunan anlaşmaların icrasına maneə yaradır.
Crossmedia.az xəbər verir ki, Uşakov qeyd edib ki, tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı müəyyən “anlaşmalar” əldə etsələr də, bu razılaşmaların icrası prosesində çətinliklər ortaya çıxıb.
Onun sözlərinə görə, ABŞ tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib, lakin bu proses Kiyevin mövqeyi səbəbindən ləngiyir.
Kreml rəsmisi həmçinin iddia edib ki, Ukraynanın Avropadan aldığı “həddindən artıq dəstək” onun mövqeyini daha da sərtləşdirir və kompromis imkanlarını azaldır.
18:23 31.05.2026
Oxunuş sayı: 52