İranın yeraltı bazalarında raket ehtiyatı qalır
İranın yeraltı hərbi obyektlərində təxminən 1000-ə yaxın raket saxlanılır.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat verib.
Belə ki, ABŞ və İsrailin əvvəlki hücumlarına baxmayaraq, İranın raket arsenalının əhəmiyyətli hissəsi hələ də yeraltı bazalarda qalmaqdadır.
Kanal peyk görüntülərinin təhlilinə əsaslanaraq bildirib ki, İran son dövrlərdə ölkə üzrə yerləşən təxminən 50 yeraltı raket bazasında və hərbi obyektlərdə təmir və bərpa işləri aparır.
22:10 31.05.2026
Oxunuş sayı: 50