Ukrayna ordusunun “robot əsgərlər”dən istifadə etdiyi iddia olunur
Ukrayna Silahlı Qüvvələrinin müharibə əməliyyatlarında öz istehsalı olan robotlaşdırılmış sistemlərdən istifadə etdiyi barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat verib.
Proqramçı-hərbçilər bu sistemləri uzaqdan idarə edərək döyüş əməliyyatlarında aktiv şəkildə tətbiq edirlər.
Məlumata görə, bu texnologiyalar vasitəsilə Rusiya nəzarətində olan mövqelərə hücumlar təşkil olunur və robotlar müxtəlif taktiki əməliyyatlarda istifadə edilir.
İddialara görə, bəzi Rusiya hərbçiləri bu sistemləri “səssiz ölüm” adlandırır və onların təsirindən ehtiyatlanırlar.
Həmçinin bildirilir ki, robotların tətbiqi hücum əməliyyatlarında koordinasiyanın artırılmasına və ön xətdə risklərin azaldılmasına xidmət edir.
Qeyd edək ki, bu məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib və tərəflərdən rəsmi açıqlama yoxdur.
22:15 31.05.2026
Oxunuş sayı: 44