Ermənistan Aİİ ilə yolları ayırmaq niyyətində deyil
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması hazırda gündəmdə deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki , bu fikri Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda Aİİ-dən çıxmaq ssenarisini nəzərdən keçirmir və buna görə də belə bir addımın iqtisadi nəticələrinin hesablanmasına ehtiyac görmür.
“Bu məsələ nə vaxt konkret şəkildə gündəmə gələrsə, o zaman müvafiq qiymətləndirmələr aparılacaq. Hazırda isə biz belə bir ssenarini nəzərdən keçirmirik”, – Qriqoryan bildirib.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri kəsmək planı yoxdur.
O, həmçinin Ermənistan mallarının Rusiyaya ixracı zamanı yaranan problemlərin texniki xarakter daşıdığını və yaxın vaxtlarda aradan qalxacağına ümid etdiyini vurğulayıb.
Qriqoryan Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin iqtisadi inkişafı ilə bağlı mövqeyini dəstəklədiyini də bildirib.
21:46 31.05.2026
Oxunuş sayı: 44