Kuba ABŞ ilə müharibəyə hazırlaşır
Kuba sahil mühafizəsi ABŞ-nin mümkün hərbi əməliyyatı ehtimalına qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hazırlıq çərçivəsində Bandera VI-M Remulgadas sahil müdafiə kompleksləri də döyüş növbətçiliyinə cəlb olunub. Bu sistemlər Sovet istehsalı P-15M gəmiəleyhinə raketlərinin ixrac versiyası olan P-21/22 raketlərindən istifadə edir.
Qeyd edək ki, bu raketlər köhnəlmiş hesab olunur və radar siqnallarının yüksək olması səbəbindən asanlıqla aşkarlana bilər. Eyni zamanda, müasir hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilə bilmə ehtimalı var.
21:50 31.05.2026
Oxunuş sayı: 44