Paşinyan: Ermənistan 5 il ərzində enerji təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın 5 il ərzində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyini artırmağı hədəflədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Onun sözlərinə görə, Ermənistan geniş enerji potensialına malikdir və gələcəkdə enerji baxımından daha çox özünü təmin edən ölkəyə çevrilə bilər.
Paşinyan qeyd edib ki, ölkədə günəş enerjisi istehsalı artıq mövcud Metsamor Atom Elektrik Stansiyasının gücünü 2,5 dəfə üstələyir.
Bununla yanaşı, atom elektrik stansiyasından imtina edilməsi Ermənistanın enerji təhlükəsizliyini zəiflədə və riskləri artıra bilər.
22:45 31.05.2026
Oxunuş sayı: 42