İsrail naziri: Livanda zərbələrin əsas hədəfi Dahiyə olmalıdır
İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir Livana endirilən zərbələrin əsas hədəfinin Hizbullahın əsas dayaqlarından biri hesab olunan Beyrutun cənub qəsəbəsi Dahiyə olması lazım gəldiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, Dahiyənin Hizbullah üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bu ərazinin tamamilə məhv edilməli olduğunu söyləyib.
“Onları ağrıdan yer Dahiyədir. Dahiyə yerlə-yeksan edilməlidir. Biz Dahiyəyə hücum etməliyik, onu tamamilə dağıtmalıyıq”, – nazir qeyd edib.
19:50 31.05.2026
Oxunuş sayı: 55