Overçuk qaz bazarı ilə bağlı diqqətçəkən açıqlama verib
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana qaz təchizatı ilə bağlı mövcud vəziyyətin mürəkkəb olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, O qeyd edib ki, Rusiya qaz bazarındakı prosesləri yaxından izləyir və Ermənistanın enerji təminatında əsas rolun gələcəkdə də Rusiyaya məxsus olacağını vurğulayıb.
“Biz qaz bazarındakı vəziyyətdən çox xəbərdarıq. Orada Rusiyadan başqa heç vaxt qaz olmayacaq. Yeganə sual Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçi üzərindən ödəniş edəcəyidir”, – deyə Overçuk bildirib.
18:38 31.05.2026
Oxunuş sayı: 46