Tsarukyan: Ermənistan Rusiya ilə iqtisadi münasibətlərdə ciddi böhran riski ilə üz-üzədir
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan bildirib ki, Ermənistan Rusiya ilə iqtisadi münasibətlərdə ciddi böhran mərhələsinə yaxınlaşıb və bu vəziyyətə real alternativ yoxdur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, o, son hadisələrin fermerlər arasında narahatlıq yaratdığını, insanların isə qeyri-müəyyənlik və təşviş içində olduğunu deyib.
Tsarukyan qeyd edib ki, ona yüzlərlə vətəndaş zəng edərək gələcəklə bağlı suallar verir və mövcud şəraitdə necə davranmalı olduqlarını soruşurlar.
Onun sözlərinə görə, ayın sonunda kreditlərin ödənilməsi, vergilərin verilməsi və maaşların verilməsi kimi öhdəliklər yaranır. Eyni zamanda, məhsullar artıq alınıb, lakin onların bir hissəsinin daşınmaması və xarab olma riski var.
22:50 31.05.2026
Oxunuş sayı: 55