"PAŞA Həyat"ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət ediblər
23 may tarixində "PAŞA Həyat" sığorta şirkətinin əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran Osman Mirzəyev adına 5 saylı uşaq evini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtmək olub.
Bildirək ki, ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə "PAŞA Həyat"ın əməkdaşları ilə paylaşıb.
Əməkdaşları həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim edbilər.
Tədbirdə "PAŞA Həyat" komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikde oyunlar oynayıblar.
Bu görüş bir daha göstərir ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.
"PAŞA Həyat" inanır ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.
09:05 30.05.2026
Oxunuş sayı: 62