Sosium

Əhalinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 37 min 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 218 min 536 nəfərə çatıb.

Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

10:41 17.12.2024

Oxunuş sayı: 3962

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR