Moldovanın Azərbaycandakı səfirinin oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, - paylaşımda qeyd olunub.
Esaulenko həmçinin paylaşıma oğlunun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.
14:07 28.05.2026
Oxunuş sayı: 48