Abhay Kumar: Hindistan Azərbaycanla münasibətlərin daha da güclənəcəyinə ümid edir
Hindistan səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Abhay Kumarın "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Azərbaycanın hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! İkitərəfli əlaqələrin daha da güclənəcəyinə ümid edirik", - diplomat qeyd edib.
10:48 28.05.2026
Oxunuş sayı: 56