Şoyqudan Ermənistanla bağlı açıqlama: KTMT-dən yayınmaq üçün bəhanələr artır
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyini tənqid edib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Şoyqu bildirib ki, Ermənistan son vaxtlar KTMT tədbirlərində iştirakdan yayınmaq üçün müxtəlif bəhanələr irəli sürür və bu yanaşma artıq davamlı xarakter alıb.
Onun sözlərinə görə, İrəvanın təşkilatdan uzaqlaşması “demarş” kimi qiymətləndirilməməlidir, lakin iştirakdan imtina halları sistemli şəkildə təkrarlanır.
Şoyqu qeyd edib ki, KTMT müdafiə təşkilatıdır və yalnız üzv ölkəyə real hücum olduğu halda müdaxilə mexanizmi işə düşür. Onun sözlərinə görə, Qarabağ ətrafında baş verən hadisələr zamanı Ermənistan tərəfindən rəsmi yardım müraciəti edilməyib və bu da təşkilatın hərəkət etməməsinin əsas səbəblərindən biridir.
16:18 26.05.2026
Oxunuş sayı: 51