Ukraynada mərhum şəxslərə hərbi çağırış göndərilib
Ukrayna Baş Prokurorluğu səfərbərlik prosesi ilə bağlı ciddi pozuntuların aşkar edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun yaydığı məlumata görə, səfərbərlik siyahılarına dünyasını dəyişmiş şəxslərlə yanaşı, hazırda hərbi xidmət keçən şəxslər, hərbi akademiyalarda təhsil alan tələbələr və yaş həddinə görə çağırışa cəlb edilməməli vətəndaşlar da daxil edilib.
Araşdırma zamanı siyahıda ümumilikdə təxminən 300 nəfərin qanunsuz şəkildə qeydiyyata alındığı müəyyən olunub.
Hadisə ilə bağlı Zakarpatya və Lvov vilayətlərinin hərbi komissarlıqlarında çalışan üç əməkdaş barəsində şübhəli şəxs qismində istintaq başladılıb.
15:53 26.05.2026
Oxunuş sayı: 44