İran–ABŞ danışıqları niyə gecikir? Xamenei ilə əlaqə problemi ortaya çıxdı
İranın ali dini lideri Müctəba Xameneiyə sürətli çıxış imkanının olmaması Tehran və Vaşinqton arasında aparılan danışıqların ləngiməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Hesabatda bildirilir ki, ABŞ kəşfiyyat məlumatlarına əsasən, İran rəhbərliyi hazırda naməlum məkanda gizlənir və xarici dünya ilə əlaqələri olduqca məhduddur. Onunla ünsiyyətin yalnız mürəkkəb mesajlaşma şəbəkəsi vasitəsilə mümkün olduğu qeyd edilir.
CBS-in məlumatına görə, məhz bu çətin kommunikasiya prosesi İran və ABŞ arasında mümkün razılaşmanın detalları üzrə yekun qərarların gecikməsinə səbəb olur.
Bununla yanaşı, ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi bildirib ki, İranın yeni rəhbəri Müctəba Xamenei hazırkı saziş layihəsinin ümumi çərçivəsini bəyəndiyini çatdırıb.
ABŞ Prezidenti Donald Tramp da “Truth Social” hesabında paylaşım edərək yekun qərarın yaxın günlərdə açıqlana biləcəyini bildirib.
09:25 26.05.2026
Oxunuş sayı: 48