Pezeşkian: Nüvə silahı əldə etməyə çalışmırıq
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran nüvə silahı əldə etməyə çalışmır və bölgədə qeyri-sabitlik yaratmaq niyyətində deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, İran dünyaya bu mövzuda zəmanət verməyə hazırdır və ölkəsinin əsas məqsədi regional sabitliyi qorumaqdır.
Pezeşkian çıxışında İsraili Yaxın Şərqdə gərginlik və qeyri-sabitliyin əsas səbəblərindən biri kimi qiymətləndirib.
İran prezidenti vurğulayıb ki, İslam Respublikası indiyədək dəfələrlə nüvə silahı əldə etməyəcəyini bəyan edib və rəsmi Tehranın siyasəti dəyişməz olaraq qalır.
09:10 26.05.2026
Oxunuş sayı: 45