İranla bağlı sensasion iddia: Zənginləşdirilmiş uran gizlicə ölkədən çıxarılır?
İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Crossmedia.az-ın məlumatına görə, İranın “Tasnim” agentliyi bildirib ki, bu iddialar həqiqəti əks etdirmir və Səudiyyə mediasında yayılan məlumatlar ABŞ-nin psixoloji əməliyyatının tərkib hissəsidir.
Agentlik vurğulayıb ki, Tehran Vaşinqtonla mümkün razılaşma çərçivəsində nüvə proqramı ilə bağlı heç bir öhdəlik götürməyib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı İran mənbəsinə istinadən xəbər vermişdi ki, Tehran zənginləşdirilmiş uranı Çinə göndərməyə hazırdır.
Son günlər beynəlxalq mediada İranın uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı müxtəlif iddialar yayılsa da, İran rəsmiləri və hökumətə yaxın mənbələr bu xəbərləri dəfələrlə təkzib edib.
09:00 26.05.2026
Oxunuş sayı: 47