Rusiya xaricdəki vətəndaşları barədə qanun qəbul edib
Rusiya Prezident Vladimir Putin xaricdəki ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun imkanlarından istifadəyə icazə verən qanunu imzalayıb.
Crossmedia.az xəbər verir ki, sənəd Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və ya digər məhkəmələr tərəfindən təqib edildiyi təqdirdə ordunun imkanlarından istifadəni nəzərdə tutur.
Sənədə əsasən, Putin Rusiya Silahlı Qüvvələrinin bölmələrini xaricdəki vətəndaşlarını təqiblərdən qorumaq üçün istiqamətləndirəcək.
23:20 25.05.2026
Oxunuş sayı: 49