İranda internet bərpa olunur
İran prezidenti Məsud Pezeşkian ölkədə internet xidmətinin bərpası qərarını verib.
Crossmedia.az "Fars" agentliyinə istinadən xəbər verir.
İcra hakimiyyətinin başçısı rabitə nazirinə ünvanlanmış müvafiq fərman imzalayıb. Yanvar ayında keçirilən etiraz aksiyaları zamanı ölkədə internet xidməti məhdudlaşdırılıb və bu etirazlar geniş miqyaslı iğtişaşlara çevrilib.
22:49 25.05.2026
Oxunuş sayı: 53