ABŞ–İran razılaşması yaxınlaşır - ŞƏRTLƏR
ABŞ və İran regiondakı təhlükəsizlik və sanksiya məsələlərini əhatə edən mümkün razılaşma üzərində danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşr yazır ki, tərəflər arasında müzakirə olunan Anlaşma Memorandumu çərçivəsində Hörmüz boğazının mərhələli şəkildə açılması da gündəmdədir.
Məlumata əsasən, razılaşmanın əsas şərtləri arasında danışıqlar dövründə 60 günlük atəşkəsin uzadılması, İranın Hörmüz boğazını 30 gün ərzində açması, ABŞ-nin dəniz blokadasını ləğv etməsi, təxminən 12 milyard dollarlıq dondurulmuş İran aktivlərinin azad edilməsi və Tehranın nüvə silahı istehsal etməmək öhdəliyini götürməsi yer alır.
Qeyd olunur ki, tərəflərdən bu iddialarla bağlı hələlik rəsmi yekun açıqlama verilməyib.
18:08 25.05.2026
Oxunuş sayı: 548