Əraqçının ABŞ-yə səfəri ləğv edilib - SƏBƏB AÇIQLANIB
İranın xarici işlər naziri Abbas Əraqçının ABŞ-yə planlaşdırılan səfəri ləğv edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Əraqçı BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasında iştirak etmək üçün Nyu-York-a getməli idi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, səfərin baş tutmamasına səbəb viza problemi olub.
Onun sözlərinə görə, əlavə maneələr yaranmasaydı, nazirin səfəri reallaşacaqdı.
17:44 25.05.2026
Oxunuş sayı: 47