Paşinyanın narkotik asılılığı Zelenskidən daha ağır vəziyyətdədir - İDDİA
Rusiya federal televiziyalarından birində Ermənistanın baş naziri Nikol Paşinyan ilə bağlı qalmaqallı iddialar səsləndirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Veriliş zamanı Paşinyanın narkotik asılılığı ilə bağlı iddialar irəli sürülüb və onun vəziyyətinin Ukrayna prezidenti Volodimir Zelenski ilə müqayisədə daha ağır olduğu iddia edilib.
Proqramda səsləndirilən bu fikirlər Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub.
Hadisəyə münasibət bildirən Ermənistan parlamentinin sədri Alen Simonyan verilişdə iştirak edən şəxsləri və səsləndirilən fikirləri sərt tənqid edərək onları “canavarlar” adlandırıb.
Açıqlama Ermənistan–Rusiya media məkanında gərgin ritorikanın davam etdiyini bir daha gündəmə gətirib.
17:36 25.05.2026
Oxunuş sayı: 168