Bəqayi: Danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə aparılan danışıqlara dair yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəqayi mətbuat konfransında bildirib ki, hazırkı mərhələdə prioritet müharibənin dayandırılmasıdır və nüvə proqramının texniki detalları əsas müzakirə mövzusu deyil.
Onun sözlərinə görə, diplomatik nümayəndə heyəti hökumətin müəyyən etdiyi çərçivə daxilində fəaliyyət göstərir və xarici təzyiqlər fonunda İran real vəziyyətə uyğun qərarlar qəbul edir.
XİN rəsmisi qeyd edib ki, son həftələrdə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, yaxın zamanda razılaşma imzalanacağı barədə iddialar doğru deyil.
Bəqayi həmçinin bildirib ki, proses müxtəlif ölkələrin, o cümlədən Pakistanın vasitəçiliyi ilə davam edir, lakin tərəflər hələ yekun razılaşmadan uzaqdır.
Onun sözlərinə görə, ABŞ tərəfinin mövqelərində tez-tez dəyişikliklərin olması dialoqa çətinlik yaradır, İran isə bütün hallarda milli maraqlarını qorumaqda davam edəcək.
17:05 25.05.2026
Oxunuş sayı: 40