Netanyahu: İran heç vaxt nüvə silahına sahib olmayacaq - FOTO
İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkə platforması “X” hesabında ABŞ prezidenti Donald Tramp ilə birlikdə hazırlanmış süni intellekt görüntüsü paylaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paylaşımda iki liderin fonunda İsrail və ABŞ bayraqları, Yaxın Şərq xəritəsi və qırıcı təyyarələr əks olunub.
Şəkil üzərində isə “İran heç vaxt nüvə silahına sahib olmayacaq” mesajı yer alıb.
Bu paylaşım beynəlxalq mediada diqqət çəkərək İranın nüvə proqramı ətrafında gərgin ritorikanın davam etdiyini bir daha gündəmə gətirib.
15:54 25.05.2026
Oxunuş sayı: 79