Simonyan erməniləri təhqir edib
Rusiyalı jurnalist Marqarita Simonyan Ermənistan vətəndaşlarına yönəlik açıqlamaları ilə müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çıxışı zamanı iddia edib ki, Ermənistan əhalisinə düzgün qərarlar verməyi öyrətmək üçün çörək və buğda göndərilməlidir. Simonyan, həmçinin Ermənistan vətəndaşı olmamasından məmnunluq duyduğunu bildirib.
Açıqlama Ermənistanda ciddi reaksiyaya səbəb olub.
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyada yayımlanan və Vladimir Solovyovun da iştirak etdiyi televiziya proqramından bir hissəni paylaşaraq sərt cavab verib.
Alen Simonyan paylaşımında rusiyalı aparıcıları və iştirakçıları tənqid edərək onları "fantastik məxluqlar" adlandırıb və yayılan fikirləri kəskin şəkildə pisləyib.
Hadisə Ermənistan–Rusiya informasiya məkanında gərgin ritorikanın davam etdiyini bir daha gündəmə gətirib.
15:22 25.05.2026
Oxunuş sayı: 53