Avtoqəzada həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib
Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub. (Report)


14:27 25.05.2026
Oxunuş sayı: 46