Tramp: İranla vacib saziş bağlayacağıq
ABŞ prezidenti Donald Tramp İranla mümkün sazişlə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp bildirib ki, Tehranla əldə olunacaq razılaşma keçmiş prezident Barak Obama administrasiyasının imzaladığı nüvə sazişindən tam fərqli olacaq.
Onun sözlərinə görə, əvvəlki saziş İrana “külli miqdarda nağd pul və nüvə silahına aparan açıq yol” verib.
O qeyd edib ki, hazırda müzakirə olunan mümkün razılaşma bunun əksini təşkil edəcək və saziş hələ yekunlaşmayıb.
“Haqqında heç nə bilmədikləri bir şeyi tənqid edən uğursuzlara qulaq asmayın”, – o vurğulayıb.
Tramp özündən əvvəlki administrasiyalardan fərqli olaraq “pis sazişlər bağlamadığını” iddia edib.
10:00 25.05.2026
Oxunuş sayı: 51