Zelenski Ukraynada münaqişənin başa çatması üçün bunu etməlidir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Ukraynada münaqişənin sona çatması üçün Kiyev rejiminin rəhbəri Vladimir Zelenskiyə Rusiyayla razılaşma hazırlaması lazım olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu açıqlamanı o, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında, noyabr ayındakı seçkilərdə qazandığı qələbədən sonrakı ilk mətbuat konfransında verib.
Tramp Zelenskinin yanvar ayında keçiriləcək inauqurasiyasına dəvət edilməyəcəyini, lakin onu həmin tədbirdə qəbul etməyə hazır olduğunu qeyd edib. O, həmçinin Çin prezidenti Si Cinpinin bu mərasimdə iştirak edəcəyinə şübhə ilə yanaşdığını ifadə edib.
Günəş Məmmədova
18:56 16.12.2024
Oxunuş sayı: 7854