Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib
Türkiyədə Adana şəhərinin Saimbəyli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, saat 04:26-da baş verən yeraltı təkanların gücü 4,9 bal təşkil edib. Zəlzələ Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde əyalətlərində də hiss olunub.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya mənfi təsir qeydə alınmayıb.
Rəsmi qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.
13:24 24.05.2026
Oxunuş sayı: 59