Britaniya donanması Hörmüz boğazında əməliyyata hazırlaşır
Böyük Britaniya donanması Hörmüz boğazı bölgəsində minalardan təmizləmə əməliyyatına hazırlıq görür.
Crossmedia.az xəbər verir ki, məlumata görə, əməliyyatın məqsədi beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və strateji əhəmiyyət daşıyan su yolunda mümkün təhdidlərin qarşısını almaqdır.
Bölgə dünya neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada təhlükəsizlik vəziyyəti qlobal enerji bazarına birbaşa təsir göstərir.
Hazırda əməliyyatın detalları və başlanma tarixi ilə bağlı rəsmi açıqlama verilməyib.
12:45 24.05.2026
Oxunuş sayı: 53