Robert Fiko müharibə riskindən danışıb
Slovakiyanın Baş naziri Robert Fiko Ukraynadakı münaqişənin həlli və Avropada sülhün qorunması üçün Avropa İttifaqı ilə Rusiya arasında dialoqun başlanmasına çağırış edib.
Crossmedia.az xəbər verir ki, O, video müraciətində bildirib ki, tərəflər arasında danışıqların olmaması ciddi risk yaradır və bu vəziyyət nəzarətdən çıxacağı təqdirdə daha geniş miqyaslı müharibəyə səbəb ola bilər. Fiko son dövrlərdə regionda, xüsusilə Ukrayna istiqamətində çoxsaylı dron hücumlarının baş verdiyini qeyd edib.
Baş nazir əlavə edib ki, Avropada uzun illərdir davam edən sülhün qorunması üçün dialoq vacibdir və kiçik bir təxribatın belə böyük münaqişəyə gətirib çıxara biləcəyini istisna etməyib.
O həmçinin bildirib ki, Avropa İttifaqında bəzi dairələrin mövcud sülh dövründən narazı olduğu kimi görünməsi onun mövqeyi deyil.
12:25 24.05.2026
Oxunuş sayı: 55