Kvetta şəhərində sərnişin qatarında dəhşətli hadisə: 16 nəfər ölüb
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində sərnişin qatarında güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, yerli “Associated Press” agentliyinin polis mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 16 nəfər həlak olub, onlarla insan yaralanıb. Partlayış qatar “Çaman Pattak” ərazisi yaxınlığından keçərkən dəmir yolu relslərinə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Məlumatda bildirilir ki, partlayışdan sonra yaxınlıqda park edilmiş avtomobillərə də ziyan dəyib.
“Geo TV”nin yaydığı xəbərə görə, hadisə zamanı 20-dən çox insan yaralanıb. Xilasedicilər dərhal əraziyə cəlb olunub, bölgədəki xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
12:17 24.05.2026
Oxunuş sayı: 72