Güclü yağışlar Çində fəlakətə səbəb olub
Çinin cənub-qərbində yerləşən Çunçin bələdiyyəsinin Yoncjuan rayonu ərazisində güclü yağışlar və daşqınlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "Xinhua" xəbər agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində azı 1 nəfər həyatını itirib, 17 nəfər isə itkin düşmüş hesab olunur.
Bölgədə xilasetmə və axtarış işləri davam etdirilir. Yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmağı və təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.
12:08 24.05.2026
Oxunuş sayı: 48