Medvedev: Daha da sərt zərbələr endirməliyik
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya qarşı hücumlarla bağlı sərt bəyanat verib.
Crossmedia.az xəbər verir ki, Medvedev bildirib ki, Rusiya Ukraynaya “bu gün olduğu kimi, daha da sərt zərbələr endirməlidir”. O qeyd edib ki, paytaxtların simvollarının xarabalığa və boz külə çevrilməsi düşmən üçün döyüş bayrağının itirilməsi qədər ruhdan salıcıdır.
Onun bu açıqlaması Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
11:35 24.05.2026
Oxunuş sayı: 69