Tramp Netanyahu ilə İran razılaşmasını müzakirə edəcək
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə israilli rəsmi şəxs “Axios” nəşrinə açıqlamasında bildirib.
Məlumata görə, tərəflər ABŞ və İran arasında müzakirə olunan mümkün razılaşmanı və regiondakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd olunur ki, Vaşinqton və Tehran müharibəyə son qoyacaq anlaşmaya yaxın olsalar da, sənədin bəzi ifadələri və şərtləri ilə bağlı tərəflər arasında hələ də fikir ayrılıqları qalır.
Mənbənin sözlərinə görə, hazırkı danışıqlar əsasən atəşkəsin uzadılması, İranın nüvə proqramı və sanksiyalarla bağlı məsələlər ətrafında aparılır.
10:35 24.05.2026
Oxunuş sayı: 58