ABŞ və İran 60 günlük atəşkəsə yaxınlaşır
ABŞ və İran arasında atəşkəsin daha 60 gün müddətinə uzadılması ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata əsasən, tərəflər hazırda "İslam Respublikasının nüvə proqramına dair müzakirələrin çərçivəsi” üzərində işləyirlər. Müzakirə olunan mümkün razılaşmaya Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ya ölkədən çıxarılması daxildir.
Bunun müqabilində ABŞ-nin İran limanlarına tətbiq olunan blokadanı yumşalda, bəzi sanksiyaları mərhələli şəkildə azalda və Tehranın xaricdə dondurulmuş aktivlərinin bir hissəsini sərbəst buraxa biləcəyi bildirilir.
Qeyd olunur ki, tərəflər arasında aparılan danışıqlar regionda gərginliyin azaldılması və nüvə böhranının diplomatik yolla həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir.
09:50 24.05.2026
Oxunuş sayı: 46