Zelenski Rusiyanın təhlükəli hücuma hazırlaşdığını bildirib
Ruslar Ukraynaya Oreşnik zərbəsi endirməyə hazırlaşırlar.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Avropa tərəfdaşlarından alınan məlumatlara istinadən bildirib.
O, bu məlumatların yoxlanıldığını qeyd edib.
"Ukrayna ərazisinə, xüsusən də Kiyevə müxtəlif silahlardan istifadə edərək birgə zərbə endirməyə hazırlıq əlamətlərini görürük. Belə bir zərbə orta mənzilli silahları əhatə edə bilər. Bu axşamdan başlayaraq hava hücumu sirenlərinə şüurlu şəkildə cavab vermək vacibdir".
19:59 23.05.2026
Oxunuş sayı: 58