Paşinyan Ermənistanın ən populyar siyasətçisi seçilib
Ermənistanıb baş naziri, "Mülki Müqavilə" partiyasnın başçısı Nikol Paşinyan ölkənin ən populyar siyasətçisidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Respublikaçılar İnstitutu(BRİ) məlumat yayıb.
BRİ Ermənistanın ən etibarlı siyasi və ictimai xadimləri haqqında yeni sorğu məlumatlarını açıqlayıb.
▪️Nikol Paşinyan (Ermənistanın Baş naziri, "Vətəndaş Müqaviləsi" Partiyasının sədri): 27% birinci cavab, 2% ikinci cavab, cəmi 29%.
▪️Samvel Karapetyan ("Güclü Ermənistan" blokunun lideri): 6% birinci cavab, 3% ikinci cavab, cəmi 9%.
▪️Ararat Mirzoyan (Ermənistanın Xarici İşlər Naziri): 1% birinci cavab, 4% ikinci cavab, cəmi 5%.
▪️Robert Köçəryan (Ermənistan blokunun lideri): 2% birinci cavab, 2% ikinci cavab, cəmi – 4%.
▪️Qaqik Tsarukyan ("Çiçəklənən Ermənistan" Partiyasının sədri): 1% birinci cavab, 2% ikinci cavab, cəmi – 3%.
▪️Alen Simonyan (Ermənistan Milli Məclisinin sədri): 1% birinci cavab, 2% ikinci cavab, cəmi – 3%.
▪️Aram Sarkisyan (Respublika Partiyasının sədri): 1% birinci cavab, 2% ikinci cavab, cəmi – 3%.
▪️Qurgen Simonyan (Meritokratik Ermənistan Partiyasının sədri): 1% birinci cavab, 1% ikinci cavab, cəmi 2%.
▪️Arman Tatoyan (Birlik Qanadları Partiyasının sədri): 1% birinci cavab, 1% ikinci cavab, cəmi 2%.
Respondentlərin 6%-i başqasının adını birinci cavab, 8%-i isə başqasının adını ikinci cavab olaraq qeyd edib, cəmi 14%.
19:17 23.05.2026
Oxunuş sayı: 58