İtaliya İsrail naziri Ben-Qvirə qarşı sanksiya təşəbbüsü ilə çıxış edib
İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa Birliyinə müraciət edərək İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi imkanının nəzərdən keçirilməsini istəyib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, bu addım “Qlobal Sumud” Qəzza donanmasının ələ keçirilməsi və saxlanılan fəalların görüntülərinin yayılmasından sonra atılıb. İddialarda Ben-Qvirin həmin görüntülərdə baş verənləri təsdiqlədiyi, lağa qoyduğu və prosesi koordinasiya etdiyi bildirilir.
İtaliyanın baş naziri Corcia Meloni saxlanılan İtaliya vətəndaşlarının azad edilməsini tələb edib. İspaniya və İrlandiya isə məsələ ilə bağlı diplomatik addımları dəstəklədiklərini açıqlayıblar.
15:38 23.05.2026
Oxunuş sayı: 47