ABŞ İranın sülh planını qəbul etməyib
ABŞ İran tərəfindən təqdim edilən 14 maddəlik sülh planını tam şəkildə rədd edib.
Crossmedia.az xəbər verir ki, “Tehran Times” qəzetinin məlumatına görə, Tehran Vaşinqtona münaqişənin həlli ilə bağlı yazılı razılaşma təklifi göndərib. Lakin ABŞ tərəfi cavabında bütün bəndləri qəbul etməyib və xüsusilə İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik etmədiyi vurğulanır.
Məlumata əsasən, İran bu təkliflərin qəbul ediləcəyi halda nüvə dosyesi də daxil olmaqla daha geniş məsələlər üzrə danışıqların ikinci mərhələsinə hazır olduğunu bildirib.
Xatırladılır ki, 10 may tarixində İran Pakistan vasitəsilə ABŞ-nin Fars körfəzi ilə bağlı təkliflərinə cavab təqdim etmişdi. “The Wall Street Journal”a istinadən yayılan məlumatlara görə, Tehran ABŞ-nin tələb etdiyi kimi nüvə obyektlərinin sökülməsini qəbul etməyib.
17:55 15.05.2026
Oxunuş sayı: 51