İranlı aktrisa ilə bağlı yeni mübahisəli açıqlama
İranlı aktrisa Gülşiftə Fərahani ilə bağlı yayılan yeni iddialar sosial şəbəkələrdə və İran mediasında müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, məlumata görə, 2024-cü ildə yayılan müsahibədə Qasım Süleymaninin qızı Nərgiz Süleymani atasının aktrisa ilə telefon danışığı apardığını bildirib.
İddialara əsasən, Qasım Süleymani aktrisa Fərahaniyə “Sən bizim qızımızsan, bu torpağın övladısan. Harada olsan da, İranın adını uca tutmağa çalış” sözlərini deyib.
Qeyd edək ki, bu məlumatlar müsahibə və sosial media iddialarına əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.
17:45 15.05.2026
Oxunuş sayı: 34