WUF13-də operativ dəstək xidmətləri göstəriləcək
WUF13 çərçivəsində iştirakçılar üçün inklüzivliyi və bərabər imkanları təmin etmək məqsədilə bir sıra operativ dəstək xidmətləri göstəriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, A zonasında xüsusi ayrılmış məntəqə əlil arabaları üçün ilkin texniki baxış və dəstək təklif edəcək, elektrik əlil arabalarından istifadə edən iştirakçılar üçün isə müraciət əsasında portativ enerji stansiyaları əlçatan olacaq:
"Gözlə görünməyən əlilliyi olan iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi qolbaqlar yardım masasında könüllü olaraq təqdim ediləcək. S zonasında xidməti və bələdçi itlərin müayinəsi, eləcə də zərurət yarandıqda ilk tibbi yardım dəstəyi üçün xüsusi otaq ayrılacaq",- məlumatda qeyd olunub.
23:00 14.05.2026
Oxunuş sayı: 45