Telefon asılılığı uşaqların psixologiyasına necə təsir edir?
Övladlarımıza elektronik cihazlardan düzgün istifadə qaydası izah edilməlidir. Kiçik yaşlardan ekran məruziyyəti nitq geriliyinə səbəb ola bilər.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Uşaq psixiatrı Ceyran Əhmədova deyib.
"Eyni zamanda var olan diqqət əskikliyi, hiperaktiv pozuntu, autizm-spektr pozuntusunun şiddəti arta bilər. Ekran asılılığı uşaqlarda ünsiyyət başlatma və davam etdirməkdə çətinlik çəkmə, xəyal qurma, empatiya bacarığına mənfi təsir edir. Sonrakı yaşlarda isə artıq çəki problemlərinə, cinsəl məzmunlu davranışlara yol açır. Aparılan tədqiqatlar 13 yaşadək uşaqlar üçün gündə iki saat ekran müddətinin psixoloji baxımdan müsbət olduğu, amma daha uzun müddətin deprassiya və təşviş pozuntusunu artırdığı, hətta intiharı artırdığı müəyyənləşib", - o bildirib.
21:20 14.05.2026
Oxunuş sayı: 53