Uşaqlarda diqqət əskikliyinin vaxtında müalicə olunmaması böyük fəsadlara yol aça bilər
Uşaqlarda diqqət əskikliyinin vaxtında müalicə olunmaması böyük fəsadlara yol aça bilər.
Bu barədə Crossmedia.az-a geniş müsahibəsində Uşaq psixiatrı Ceyran Əhmədova deyib.
"Altı yaşa qədər uşaqlarda nitq geriliyi, inkişaf geriliyi, əqli gerilik, diqqət əskiliyi, təhlükəli davranışlar, seçici nitqin olmaması, ayrılıq- təşviş pozuntusu, bağçaya, məktəbə başlamaqda çətinliklər kimi hallarda mütəxəssisə müraciət edilə bilər. Odur ki, lazım gələcəyi halda 6 -12 yaş arası dərman qəbulu şərtdir. Ancaq 12 yaşdan sonra dərman qəbulu o qədər də effektiv olmaya bilər. Məktəb dövründə isə uşaqlarda diqqət əskikliyi və hiperaktivlik varsa, mütləq həkimə müraciət edilməlidir. Çünki bunlar müalicə olunmadıqda yeniyetməliyik dövründə asılılıqların, o cümlədən zərərli vərdişlərdən asılılıqların yaranması ilə nəticələnə bilər. Həmçinin davranış pozuntularına- evdən qaçmaya, məktəbdən qaçmaya , odla oynama, kəsici- dəlici alətlərdən istifadə, başqalarına, heyvanlara zərərverməyə səbəb ola bilər. Bunlar isə müalicə olunmadıqdan yetkinlik dövründə anti- sosial davranış pozuntuları ilə nəticələnir", - o bildirib.
21:25 14.05.2026
Oxunuş sayı: 52