ABC News və George Stephanopoulos Trampa 15 milyon dollar ödəyəcək
Crossmedia.az xəbər verir ki, ABC News telekanalı və onun aparıcısı Corc Stefanopulos Donald Trampla diffamasiya iddiası üzrə razılığa gəlib. Razılaşma çərçivəsində telekanal Tramp tərəfindən yaradılacaq xeyriyyə fonduna və muzeyə 15 milyon dollar ianə edəcək.
Bundan əlavə, ABC News Trampın vəkillik xərclərini ödəmək üçün 1 milyon dollar verəcək. Razılaşmanın şərtlərinə əsasən, həm telekanal, həm də Stefanopulos rəsmi təəssüf bəyanatı veriblər.
Həmçinin, 10 mart 2024-cü il tarixli “Bu Həftə” proqramında Trampa qarşı səsləndirilən bəzi şərhlərə redaktə qeydi əlavə edilib. Bu razılaşma medianın siyasi fiqurlarla münasibətlərini və məsuliyyətini yenidən diqqət mərkəzinə gətirib.
07:19 15.12.2024
Oxunuş sayı: 5181