Azərbaycanı Avropa Kubokunda təmsil edəcək yeniyetmə cüdoçular bəlli olub
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandasının mayın 16–17-də Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq.
Oğlanlar arasında Nihad Ağayev, Fərid Rzazadə (hər ikisi 50 kiloqram), Fərid Xudiyev, İbrahim Talıbov, Rza Xəlilli (hamısı 55 kiloqram), Mehman Əsgərov, Məhəmmədəli Hüsiyev (hər ikisi 60 kiloqram), İlkin Qarayev, Elgün Ələkbərov (hər ikisi 66 kiloqram), Sadiq Məmmədov, Yusuf Nəzər (hər ikisi 66 kiloqram), Yaqub Məmmədov, Ayxan Həsənli (hər ikisi 81 kiloqram), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kiloqram), Tamerlan Əliyev və Ruslan Kazımov (hər ikisi +90 kiloqram) mübarizə aparacaqlar.
Qızların yarışında isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kiloqram), Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hər ikisi 44 kiloqram), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi 48 kiloqram), Zəhra Mövləmverdiyeva, Tövsiyyə Babayeva (hər ikisi 52 kiloqram), Gülnaz Məmmədtağıyeva, Səmayə Yusifli (hər ikisi 57 kiloqram), Nəzakət Vəliyeva, Zilan Hüseynli (hər ikisi 63 kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa Kubokunda 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) qüvvəsini sınayacaq.
09:47 13.05.2026
Oxunuş sayı: 52