Tehranda “Şəhid Rəhbər Seyid Əli Xamneyi” təlimi keçirilib
SEPAH-ın komandanı Həsən Həsənzadə bildirib ki, Tehranda “Şəhid Rəhbər Seyid Əli Xamneyi” adlı hərbi təlim uğurla həyata keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, təlimdə SEPAH və Bəsic qüvvələrinin xüsusi təyinatlı batalyonları və bölmələri iştirak edib.
Həsənzadə qeyd edib ki, keçirilən təlimlərdən sonra qüvvələr tam hazırlıq vəziyyətinə gətirilib və operativ qabiliyyətləri yüksək səviyyədə qiymətləndirilib.
17:43 12.05.2026
Oxunuş sayı: 50