İraq rəsmisi: İran iki supergüc qarşısında dayandı
İraq Kürdüstanının Baş nazirinin müavini Qubad Tələbani İranla bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran son dövrdə daha da birləşib və xalqın hökumətin arxasında dayandığı görünür. Tələbaniyə görə, İran iki güclü ordunun təzyiqinə baxmayaraq möhkəm dayana bilib.
Onun sözlərinə əsasən, İran müxtəlif siyasi, dini, hərbi və yarımhərbi strukturlara malik mürəkkəb bir sistemdir və bu sistem ABŞ və İsrail tərəfindən edilən təzyiqlərə tab gətirib.
Qubad Tələbani əlavə edib ki, hazırda beynəlxalq səviyyədə münaqişələrin yumşaldılması və iqtisadi sabitliyin bərpası istiqamətində atəşkəs mərhələsinə keçid müşahidə olunur.
17:29 12.05.2026
Oxunuş sayı: 42